Rus əmək miqrantları əsasən bu iki ölkəyə axın edir
Ermənistanda Rusiyadan gələn əmək miqrantlarının sayı son bir ildə 272% artıb, Qazaxıstana da rusiyalıların axını müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının Əmək Miqrasiyası və Sosial Müdafiə Departamentinin direktoru Altınay Omurbekova deyib.
“Biz yalnız işçilərlə bağlı statistika aparırıq, yəni bunlar işləmək üçün gedən insanlardır. Ermənistan və Qazaxıstana 2022-ci ildə axının artması barədə məlumatlarımız var. Məsələn, Ermənistanda 2021-ci illə müqayisədə artım 272% təşkil edir. Qazaxıstanda da təxminən 70% artım var”, - Omurbekova bildirib.
- Qeyri-sabit hava ilə bağlı daha bir xəbərdarlıq
- Xəzər dənizində zəlzələ oldu
- Bir sıra avtobusların hərəkətində gecikmələr olacaq
- Bakının mərkəzində hərəkət məhdudlaşdırıldı
- Nizami Kino Mərkəzində vandalizm aktının anbaan - Videosu
- “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi
- Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru
- Liftdə köməksiz qalan bina sakini xilas edildi - Video