Ərdoğan xaricdəki seçicilərə təşəkkürünü bildirdi

01:16 - 25 May 2023 - GÜNDƏM

 Ərdoğan xaricdəki seçicilərə təşəkkürünü bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan II tur prezident seçkiləri üçün xaricdə səsvermədə iştirak edən seçicilərə təşəkkürünü bildirib.

BUTA.TV xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter səhifəsində yazıb.

“Xaricdə 20 mayda başlayan səsvermə prosesi bu gün tamamlandı. Məmləkətdən uzaqda olsalar da seçki qutularına axın edərək iradəsini ortaya qoyan, millətimizi qürurla təmsil edən hərbi qardaşıma təşəkkürümü bildirirəm”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri gömrük-keçid məntəqələrində və hava limanlarında səsvermənin 28 may saat 17:00-a qədər davam edəcəyini əlavə edib:

“Hələ də səs verməyən vətəndaşlarımızı bu imkandan yararlanmağa dəvət edirəm”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol