Türkiyənin İzmir şəhərində yerləşən Atatürk Kültür Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü qeyd edilib.
BUTA.TV xəbər verir ki, Azərbaycan Türkləri Dost Dərnəkləri Federasiyasının həmsədri İsa Ambarcının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkənin millət vəkilləri, QHT sədrləri, ictimai xadimlər iştirak ediblər.
Tədbirin əvvəlində Türkiyə və Azərbaycan himnləri səsləndirilib, millət vəkillərinin çıxışlarından sonra sənətçi Roza İbadova Kocamazın Türkiyə və Azərbaycan şairlərindən oxuduğu şeirlər coşğu ilə qarşılanıb.
Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları – Hikmət Babaoğlu, Mahir Abbaszadə, İzmir millət vəkili Ceyda Dönməz iştirak ediblər.
- Güclü külək əsəcək – Sarı xəbərdarlıq
- Dövlət sirrini yayan xarici vətəndaşa hökm oxundu
- 65 yaşlı kişi nərdivandan yıxılıb öldü
- Bakıda ölümlə nəticələnən qəza - Anbaan videosu
- İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub
- Verilişin bağlanması televiziya üçün uğur deyil…
- Qaradağda 4 məmura xəbərdarlıq edildi
- Bayram günlərində hava necə olacaq?