Vilnüsdə keçirilən Litva – Azərbaycan biznes forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Litva Sənayeçilər Konfederasiyası (LPK) arasında İşgüzar Şuranın yaradılması üzrə saziş imzalanıb.
ASK-dan BUTA.TV-a bildirilib ki, sənədə əsasən, İşgüzar Şura hər iki ölkə arasında biznes əlaqələrini təşviq etmək, əməkdaşlıq istiqamətləri və bu istiqamətdə qarşıya çıxacaq məsələləri konsolidasiya etmək hədəfi daşıyır. İşgüzar Şuranın üzvləri təşkilatların üzvlərindən formalaşacaq. Qurum Azərbaycan Respublikası və Litva Respublikası sahibkarları arasında ticari və iqtisadi əlaqələrin təşviqinə və genişləndirilməsinə qarşılıqlı yardım etmək və töhfə vermək üçün bütün istiqamətlərdə fəaliyyət göstərəcək.
Qeyd edək ki, dövlət rəsmiləri ilə yanaşı, sənaye, maliyyə, tikinti, kənd təsərrüfatı, turizm, neft-kimya, əczaçılıq və İKT sahələrində fəaliyyət göstərən şirkət nümayəndələrinin də iştirak etdiyi forumda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə investisiya mühiti, sahibkarlığın inkişafı, eləcə də Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlıq imkanları barədə fikirlərini də bölüşüb. Qərara alınıb ki, şuranın ilk iclası Azərbaycanda keçirilsin.
- Səbinə Əliyeva Ruben Vardanyanla görüşdü
- Ötən gün itkin kimi axtarışda olan dörd nəfər tapıldı
- Kür çayında cərəyanla qanunsuz balıq ovlayan 3 nəfər saxlanıldı
- Ağcabədidəki dəhşətli qəzada ölən qazi imiş
- Bu tarixə kimi yağış yağacaq - Xəbədarlıq
- "Bakı Bus" sürücüsünün kobud qayda pozuntusu... - Video
- Buzovnada qaya daşlarını zədələyən şəxs saxlanıldı
- “Avronyus”da Azərbaycan paxlavası...