Mayın 24-də hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu,əsasən yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacaq.
- Türkiyə MN-dən Soyqırım Günü ilə bağlı paylaşım
- Ordumuz soyqırımı qurbanlarının qisasını aldı...
- Bayram günlərində hadisələr zamanı 13 nəfər ölüb - FHN
- İsmayıllıda ağır qəza: 2 ölü, 3 yaralı
- Azərbaycan Ordusunun yeni hərbi obyektləri... - Foto
- Bəzi yerlərə qar yağır
- Daha bir rayonda kütləvi ixtisar: 46 nəfər işsiz qaldı
- Prezident Soyqırım Günü ilə bağlı paylaşım etdi