Mayın 24-də hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu,əsasən yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacaq.
- 26 yaşlı oğlan 65 yaşlı qadına təcavüz edib?
- Bakıda dəhşət: qardaş qardaşı qətlə yetirdi
- Bakıda baş verən qəzanın - Anbaan videosu
- Sahil Babayev ona vəzifə verdi - Foto
- Onların ailə üzvlərinə Prezident təqaüdü veriləcək
- Prezident sərəncam imzaladı
- Xırdalanda su problemi nə vaxt düzələcək? - Açıqlama
- May ayında 14 gün iş olmayacaq