Artıq Qarabağda yaşayanların nəsə etmək imkanları azdır. Üstəlik, daha əlverişli şəraiti olan başqa yerdə mənzillər təqdim etməklə, xeyli adama rüşvət verməyə çalışacaqlar... Amma görürük ki, burada daha böyük problem Paşinyanın Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır ki, bunu heç bir Ermənistan hökuməti etməyib. Ən böyük problem odur ki, bu, sözlə deyil, sənədlə təsbit olunmalıdır. Bu isə münaqişənin sonu deyil, yeni mərhələnin başlanğıcıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində ekspert Karen İgidyan Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün mediaya açıqlamasında Azərbaycanın 86,6 min kv.km ərazisinin İrəvan tərəfindən tanındığını, bura Qarabağın da aid olduğunu elan etməsini şərh edərkən deyib.
O iddia edib ki, “münaqişənin ikinci mərhələsi” deyərkən Azərbaycanın hədəflərini böyütməsini də nəzərdə tutur:
“İkinci addım Zəngəzur məsələsi olacaq, sonra İrəvan məsələsi qaldırılacaq. Şübhəsiz ki, Azərbaycan çalışacaq ki, həmin müqavilədə “azərbaycanlılar Ermənistana qayıtsın” bəndi olsun və burada yeni, böyük, güc münaqişəsi yaranacaq”.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Ekspert Paşinyanın anklavları qaytarmaqla bağlı mövqeyinə də toxunub və bildirib ki, əgər Tovuzun 7 kəndi Azərbaycanın nəzarətinə keçsə, o zaman Ermənistanın Gürcüstana Tavuşdan keçən yolu olmayacaq.
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- “Həmin görüntülər həqiqəti əks etdirmir” - Video
- DİM gecikənlərin imtana buraxıldığını desə də, onlar təkzib edir - Fotolar
- Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
- Bakıda güclü yağış: FHN tədbirlər həyata keçirir
- Bakıya yağan yağıntının miqdarı... – Faktiki hava
- Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - Fotolar
- WUF13 başladı - Fotolar