Ermənistan mayın 15-də Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı ilə bağlı bəyanat verməyə hazırlaşırdı. Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşdi.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunları Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib:
“Ermənistan məğlubiyyətini rəsmən etiraf etdi”.
“Kamal bəy (Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu-red) Cənub dəhlizini (layihəsini-red) millətə yeni bir iş görmüş kimi göstərdi. (Layihədə-red) Azərbaycan haradadır?”, - Binəli Yıldırım vurğulayıb.
“Səmimi olacağıq, dürüst olacağıq. Ona görə də hər şeyi xalqla bölüşdük. 21 ildir ki, millətimizdən öndə olmuşuq. Çətinlikləri və uğurları paylaşdıq. Problemlər varmı? Problemlər olacaq və onları həll etmək üçün iradə də olacaq”, - Binəli Yıldırım əlavə edib.
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar
- “Həmin görüntülər həqiqəti əks etdirmir” - Video
- DİM gecikənlərin imtana buraxıldığını desə də, onlar təkzib edir - Fotolar