Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2m, həcmi 8 m³ olan yeraltı su anbarına düşüb.
FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
- İlkin hərbi qeydiyyata alınması qaydası təsdiqləndi
- Bir qrup dərmanların qiyməti tənzimləndi
- Bakıda saxlanılan özbək "həkim" müğənni imiş - Video
- "Azercell"in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
- Daha bir tiktoker həbs olundu
- Avropadan 41 nəfər ölkəmizə readmissiya edildi
- Prezident fərman imzaladı
- Kamran Əsədovun məhkəməsi: Səhhətim pisləşib...