Türkiyə milli müdafiə naziri Hulusi Akar ölkənin sərhədində çəkildiyi iddia edilən qanunsuz köçlə bağlı yayılan videoya münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Akar bəzi şəxslərin bu kimi videoları paylaşmaqla cəmiyyət arasında ajiotaj yaratdığını deyib.
“Bir dəfə də olsun əlindəki videonun harada çəkilməsi ilə maraqlan. Türkiyə sərhədi olduğunu zənn edib, bu barədə fikirlər söyləyirsiniz. İnanın altından qalxa bilmərsiniz! Həmin görüntülər Əfqanıstan-İran, Əfqanıstan-Pakistan sərhədində çəkilib. İndi buna nə deyəcəksiniz? Vətən, millət deyərək çətin ərazi və hava şəraitində xidmət edən “mehmetçik”ə nə cavab verəcəksiniz?”, - Akar vurğulayıb.
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar
- “Həmin görüntülər həqiqəti əks etdirmir” - Video
- DİM gecikənlərin imtana buraxıldığını desə də, onlar təkzib edir - Fotolar