Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin aktual məsələləri müzakirə olunub.
BUTA.TV xəbər verir ki, Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının 4-cü iclasında "Azərbaycan Hava Yolları" QSC-nin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak ediblər
İştirakçılar aviasiya təhlükəsizliyinin təmin edilməsinin mövcud vəziyyətini və onun gələcək inkişaf strategiyasını qiymətləndiriblər.
Aviasiya təhlükəsizliyi sahəsində yeni texnologiya və metodların tətbiqinə nəzər salınıb, hava limanının sərnişin və yük terminallarında təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib, həmçinin həyata keçirilən tədbirlərin təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb.
İclasın nəticəsi olaraq gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas istiqamətləri müəyyən edilib və onun təmin olunması üzrə tədbirlər görülüb.
İdarələrarası Komissiya mütəmadi olaraq Azərbaycanda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görüşlər keçirir.
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar