Biz tarixi dəyərləri, coğrafiyası, milləti, əhalisi, təsirli, çəkindirici və hörmətli ordusu ilə böyük və qüdrətli Türkiyəyik. Hər kəs bunun fərqində olmalı və bu şüurla hərəkət etməlidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Biz öz tariximizdən ruhlanmağa davam etməliyik. Haqqımızda mənfi fikirdə olanlar isə tarixlərindən və tariximizdən dərs almalıdırlar. Türkiyənin irəliləyişini görənlərin bəziləri dərddədir, bəziləri isə dərs almır. Ölkəmizin çiçəklənməsi, böyük və qüdrətli Türkiyə üçün edilməsi lazım olan hər şeyi etdik və bundan sonra da edəcəyik. Bu kontekstdə hələ də bəzi təhdidlər və risklər var. Biz onlara qarşı böyük inamla, bir yumruq, bir ürəklə fəaliyyətimizi davam etdirmişik və edəcəyik”, - nazir bildirib.
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar