Sərsəng su anbarında vəziyyət son dərəcə kritikdir. Qarabağdakı separatçı rejim Xankəndinin işıqlandırılması üçün su anbarından istifadə edildiyini, nəticədə quraqlığın yarandığını bildirir. Heç bir tədbir görülmədən anbardakı suyun enerjinin əldə edilməsinə sərf olunması anbarın quruması ilə nəticələnib.
BUTA.TV xəbər verir ki, separatçılar dekabrdan bu yana suyun səviyyəsində sürətli azalmanın müşahidə olunduğunu, hazırda böhran yaşandığını söyləyirlər.
Ekoloqların fikrincə, ermənilər qışda Kəlbəcər dağlarında toplanan qarın yayda əriyərək Sərsəngə tökülüb burada suyu artıracağını, beləliklə vəziyyətin düzələcəyini düşünüblər. Amma əksinə bu il dağlara yağıntının az düşməsi səbəbilə bu, mümkün olmayıb.
Sərsəng su anbarının son görüntülərini təqdim edirik:
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar