Avropa Birliyinin (AB) Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafında yüksək dinamika müşahidə olunur:
“Bu, təkcə regionda təhlükəsizliyin təmin edilməsi məsələlərinə deyil, həm də nəqliyyat, logistika və energetika sahələrində əlaqələrin inkişafına aiddir”.
M.Babayev bildirib ki, Azərbaycan qazının Aİ ölkələrinə ixracı əlaqələrdə mühüm rol oynayır:
“Bu, aramızdakı münasibətlərin inkişafında yeni səhifə açdı. Aİ həm də Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkəmizdə Aİ-yə üzv dövlətlərin bir çox şirkətləri fəaliyyət göstərir”.
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar