Bir neçə gündür erməni mediası və siyasətçiləri tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə Xankəndiyə getməyə Azərbaycan sərhədçilərinin izn vermədiyi barədə yaydıqları məlumatın yalan olduğu bir daha təsdiqlənib.
BUTA.TV xəbər verir ki, “Laçın” sərhəd-keçid məntəqəsindən BQXK-nin avtomobillərinin rahat şəkildə, heç bir narahatlıq yaradılmadan hərəkət etməsinin görüntüləri yayılıb.
Qeyd edək ki, erməni siyasətçilər və media mənsublarının Azərbaycan sərhədçilərinin guya BQXK-nin fəaliyyətinə maneə yaratdığı barədə təbliğatını Qırmızı Xaçın İrəvan bürosu təsdiqləməmişdi. BQXK də yayılan məlumatın əsası olmadığını, müraciət edildiyi halda fəaliyyətlərinə uyğun Xankəndiyə gedə bildiklərini açıqlamışdılar.
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar