Parlament seçkilərinin Cümhur İttifaqının zəfəri ilə bitməsi, prezident seçkilərində də açıq bir fərqin ortaya çıxması CHP sədrinin və onun rəhbərliyinin balansını tamamilə pozdu.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“CHP-nin siyasəti bir yana qoyaq, insani dəyərlərə də sığmayan hücumlarının şahidi oluruq. Onlar zəlzələ bölgəsinə göndərdikləri yardımı kəsməkdən tutmuş zəlzələ qurbanlarını otellərdən qovmağa qədər, hər cür vicdansızlıq nümayiş etdirirlər. Hələ sosial şəbəkələrdəki çirkin kampaniyalarını demirəm... Millətimizin və insanlığın ortaq vicdanını aşağı salmamaq başlıca vəzifəmizdir. İnşallah, dövlət-millət həmrəyliyi ilə yaralarımızı sağaldacağıq. Biz zəlzələdən sağ çıxanları nəzarətsiz qoymayacağıq və onların yanında olmağa davam edəcəyik”, - prezident bildirib.
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar