Bakıda iki azyaşlı quyuya düşərək ölüb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2013-cü il təvəllüdlü 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər.
Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar