Rusiyanın Komi respublikasının Ust-Kulom bölgəsində yüngül mühərrikli təyyarə uçuş zamanı qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Mayın 17-də saat 17:35-də Ust-Kulom hava limanından havaya qalxarkən “Piper-PA28-140” markalı yüngül mühərrikli təyyarənin yüksək gərginlikli naqillərə çırpılaraq yerə düşməsi barədə məlumat daxil olub. Yanğın baş verib. Təyyarədə iki nəfər olub. Ölən olmayıb, təyyarənin pilotu xəsarət alıb”, - FHN-in məlumatında qeyd olunub.
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN
- Aleksandar Vuçiç Azərbaycana gəldi - Fotolar