Türkiyədə Millət İttifaqına daxil olan Gələcək Partiyası sədri Əhməd Davudoğlu Cümhuriyyət Xalq Partiyasının siyahısından partlamentə seçilən millət vəkilləri ilə görüşüb. Görüş barədə Tvitter səhifəsində məlumat verən Davudoğlu CHP-çi seçicilərin ciddi etirazlarından sonra paylaşdığı fotonu silməyə məcbur olub.
BUTA.TV xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Ümumilikdə Gələcək Partiyasının 19 namizədi CHP siyahısından seçkidə iştirak edib, namizədlərdən 10-u millət vəkili seçilib.
Sözügedən paylaşımdan sonra müxalifəti dəstəkləyən vətəndaşların bir qismi Gələcək Partiyasını CHP-nin kürəyindən uğur qazanmaqda ittiham edib. Yaşanan gərginlik sosial şəbəkələrdə sərt müzakirələrə səbəb olub.
- Prezident BƏƏ-li naziri qəbul etdi - Fotolar
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN