İtaliyanın "İnter" futbol klubu UEFA Çempionlar Liqasının finalına yüksəlib.
BUTA.TV xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində müəyyənləşib. Birinci oyunda "Milan"a 2:0 hesabı ilə qalib gələn "İnter" "Cüzeppe Meatsa" stadionundakı ikinci görüşdə də rəqibini məğlub edib - 1:0. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.
Qeyd edək ki, yarımfinalın digər matçında İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Komandalar arasında ilk matç 1-1 hesabı ilə başa çatıb.
- Prezident BƏƏ-li naziri qəbul etdi - Fotolar
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü, 7 yaralı...
- Bakının icra başçıları gücləndirilmiş rejimdə çalışır – Meriya
- Hər yerdə 20 manatdır, Bakıda 178 AZN