Sovet dövründə Qorbaçov hakimiyyətə gələndən sonra qısa zamanda bütün rəqiblərindən qurtulmağa başladı. Heydər Əliyev isə daha güclü idi. Milli faciə baş verəndə, ölkə parçalanmağa başlayanda, hamı öz cibinin xeyrini güdəndə Heydər Əliyev iradə və xarakter nümayiş etdirdi, ölkəyə rəhbərlik etdi və nadir idarəçilik istedadı göstərdi.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli qəbulda deyib.
G.Züqanov qeyd edib ki, Heydər Əliyev ən effektiv böhran idarəçisi olub:
“Belə səbəbkarla fəxr etməlisiniz, bəxtiniz gətirib”.
Partiya rəhbəri Bakı ilə bağlı təəssüratlarından da danışıb:
“Şəhər və respublika məndə çox parlaq təəssürat yaratdı. Bakının necə bacarıqla və ağıllı şəkildə salınmasına sevindim. Dünyanın heç bir yerində belə sahilyanı yer yoxdur. Siz dənizi, şəhəri, çimərliyi və yaxşı şəraiti birləşdirməyi bacarmısınız”.
- Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub
- İlham Əliyev Vuçiçlə görüşdü - Fotolar
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Türkiyədə silahlı insident - İki polis öldürüldü - Foto
- Prezident BƏƏ-li naziri qəbul etdi - Fotolar
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar
- Aqil Xəlilov vəzifəsindən azad olundu
- Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?