Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Binə qəsəbəsində "Şevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb.
Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir.
Hadisənin təfərrüatı araşdırılır.
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar
- Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub
- İlham Əliyev Vuçiçlə görüşdü - Fotolar
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Türkiyədə silahlı insident - İki polis öldürüldü - Foto
- Prezident BƏƏ-li naziri qəbul etdi - Fotolar
- WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Fotolar