Almaniya kansleri Olaf Şolts mayın 21-də Seula səfər edəcək və Koreya Respublikasının Prezidenti Yun Suk Yol ilə danışıqlar aparacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Cənubi Koreya liderinin administrasiyasının rəsmi nümayəndəsi Li Do Un məlumat verib.
“Bu səfərin iqtisadi əməkdaşlığın və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, regional və beynəlxalq problemlərin həllində köhnə dostumuz Almaniya ilə əməkdaşlığın dərinləşdirilməsi üçün dəyərli imkan olacağını gözləyirik”, - Li Do Un bildirib.
O.Şolts Hirosimada keçiriləcək “Böyük yeddilik” (G-7) sammitində iştirak etdikdən sonra Koreya yarımadasının cənubuna gələcək. O həmçinin Şimali Koreya ilə sərhəddəki hərbsizləşdirilmiş zonaya da baş çəkəcək.
Qeyd edək ki, bu, Almaniya hökumətinin başçısının 2010-cu ildən bəri Cənubi Koreyaya ilk səfəri olacaq.
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar
- Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub
- İlham Əliyev Vuçiçlə görüşdü - Fotolar
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Türkiyədə silahlı insident - İki polis öldürüldü - Foto
- Prezident BƏƏ-li naziri qəbul etdi - Fotolar