Milli Məclisin bir qrup deputatı prezident və parlament seçkilərini müşahidə etmək üçün mayın 11-də Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfər edəcəklər.
BUTA.TV xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev və Anar Məmmədov TÜRK PA, deputat Azay Quliyev ATƏT PA, deputatlar Rafael Hüseynov və Kamal Cəfərov AŞPA xətti ilə Türkiyə Respublikasında mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar