“Vaqner” rəhbəri Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyində istədiyi qədər təsir rıçağı yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
Bildirilib ki, Priqojin Qələbə Günündən Putini ələ salmaq və onun qərarını şübhə altına almaq üçün fürsət kimi istifadə etməyə çalışıb. Döyüş sursatı çatışmazlığı və Rusiyanın gələcək perspektivlərini müzakirə edərkən Priqojin “özünü yaxşı hesab edən xoşbəxt baba (Putini çox vaxt “bunker baba” adlandırırlar)” obrazını xatırladıb.
“Priqojinin qoşunları çıxarmaq təhdidini yerinə yetirməməsi onun Rusiya Müdafiə Nazirliyindən asılılığından xəbər verir. Priqojin Rusiya Müdafiə Nazirliyini şantaj edərək, çalışdı ki, Ukraynanın planlaşdırılan əks-hücumundan əvvəl rus hərbçilərinin hesabına şəhərə müstəqil girib, qələbə qazansın. O, yəqin ki, Rusiya Müdafiə Nazirliyinin onun tələblərini tam yerinə yetirəcəyini gözləyirdi”, - təhlildə bildirilib.
Qeyd edilib ki, Priqojin Surovikinin Rusiya Müdafiə Nazirliyini “Vaqner”in tələblərini yerinə yetirməyə məcbur edə biləcəyini gözləyirdi:
“Lakin onun Surovikinə əlinin çatmaması Priqojinin Rusiya Müdafiə Nazirliyində təsəvvür etdiyi qədər təsir rıçaqlarının olmadığını göstərir”.
Xatırladaq ki, Priqojin 10 may saat 00:00-da “Vaqner”in Baxmutdan geri çəkiləcəyini açıqlamışdı.
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar
- Mayın 17-si Bakıda ilin ən çox yağıntı düşən günü olub