Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Dillər Universitetində silsilə tədbirlər çərçivəsində kollektiv tərəfindən ağacəkmə aksiyası keçirilib.
BUTA.TV xəbər verir ki, yaşıllaşdırma aksiyasında ADU-nun rektoru akademik Kamal Abdulla, ADU-nun professor-müəllim heyəti, universitet kollektivi və tələbələr iştirak ediblər.
Aksiya ADU-nun əsas tədris binası və Təbriz küçəsi 81 ünvanında yerləşən korpusunda baş tutub.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar