10-11 may tarixlərində İstanbulda Türkiyə rəsmilərinin Ukrayna, Rusiya və BMT nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşləri keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Dünya ərzaq təminatı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən taxıl dəhlizinin sürətli, təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə sazişin uzadılması müzakirə olunacaq”, - nazirlik bildirib.
Həmçinin, tərəflərin müharibə səbəbindən Ukrayna limanlarında ilişib qalan Türkiyə gəmiləri və ekipajlarının geri qaytarılması üçün təxliyə planının hazırlanması məsələsini qaldıracağı gözlənilir.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar