Bakı və İrəvan bəzi razılıq əldə edib, lakin... - Qriqoryan

11:28 - 9 May 2023 - GÜNDƏM

 Bakı və İrəvan bəzi razılıq əldə edib, lakin... - Qriqoryan

Ermənistan və Azərbaycan bəzi məsələlərdə irəliləyiş əldə edib, lakin fundamental məsələlərdə deyil.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Danışıqlarda məlum prinsip var - hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Bu danışıqlara da belə yanaşmaq lazımdır. Bir daha qeyd etmək lazımdır ki, danışıqlar gedir", - Qriqoryan bildirib.

O xatırladıb ki, Brüsseldə, ondan sonra Kişinyovda sammitin keçirilməsi planlaşdırılır:

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan 12 xalı bu ölkəyə verdi

"Paşinyan və Əliyev görüşünə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaq. Gəlin, yanaşmaların maksimum yaxınlaşması istiqamətini işləyək və irəli gedək. Gələcək sazişin dəqiq harada imzalanacağı - Moskvada, yoxsa Qərbdə, hələ ki, qərar verilməyib. Bu, irəliləyiş əldə oluna bilən yerdə ediləcək".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol