Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.
BUTA.TV xəbər verir ki, turun son matçında "Qarabağ" "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə ilə xallarını 84-ə çatdıran Ağdam təmsilçisi zirvədəki yerini qoruyub və çempionluğa bir az da yaxınlaşıb. Ən yaxın izləyicisi "Sabah"ı 7 xal qabaqlayan "köhlən atlar" növbəti oyunda "Səbail"ə qalib gələcəyi halda sona 2 tur qalmış qızıl medalları təmin edəcək. 48 xalı olan "Qəbələ" isə 4-cü pillədə qərarlaşıb.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar