Həştərxan vilayəti gəmiqayırma və gəmi təmiri xidmətləri vasitəsilə Azərbaycanla əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirə bilər.
BUTA.TV xəbər verir ki, bunu Həştərxan vilayətinin sənaye, ticarət və energetika nazirinin müavini Mixail Kabakov Həştərxanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı deyib.
M.Kabakovun sözlərinə görə, vilayətin sənaye naziri ötən ilin payızında Azərbaycanda səfərdə olub.
“Bakıda Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi ilə keçirilən görüşdə gəmilərin inşası və bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib”, - o söyləyib.
Nazir müavini qeyd edib ki, daha sonra danışıqlar Həştərxanda davam etdirilib və bu, tərəflərin marağından xəbər verir:
“Biz əməkdaşlıq üçün imkanlar görürük: Həştərxan gəmiqayırma zavodlarında gəmi gövdələri tikilə bilər, onların tamamlanması isə artıq Azərbaycanın gəmiqayırma müəssisələrində həyata keçirilə bilər”.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar