Tehran İsrailin ürəyində olan hədəfləri məhv edəcək raketlər hazırlayıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu İranın Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Yusif Korbani deyib.
Onun sözlərinə görə, İranın bu istiqamətdə inkişafı ən yüksək səviyyədədir. O, həmçinin uzaqmənzilli və yüksək dəqiqliyə malik raketlər üzərində aktiv çalışdıqlarını bildirib.
Korbani raket texnologiyaları baxımdan İranın dünya səviyyəsindən yüksəkdə olduğunu deyib:
“İran aviasiyası Qərbi Asiyanın ən güclüsüdür. Bu isə yəhudi dövlətində narahatlığı artırır”.
O, Tehranın böyük güclərin hərbi balansını pozmaq iqtidarında olduğunu vurğulayıb.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar