Yaponiya Baş naziri Fumio Kişidanın Cənubi Koreyaya rəsmi səfəri başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.
Baş nazir Fumio Kişidanın Cənubi Koreya lideri Yun Seok Yeolla həm məhdud, həm də geniş formatda keçiriləcək görüşlərində təhlükəsizlik, yüksək texnologiyalar sənayesi, elm və texnologiya, humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Şübhəsiz ki, tərəflər arasında danışıqların mərkəzi mövzularından biri Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı mübarizədə ABŞ da daxil olmaqla ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq məsələsidir.
Qeyd edək ki, bu, Yaponiya baş nazirinin Cənubi Koreyaya 12 il sonra ilk səfəridir.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar