Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri kamal Kılıçdaroğlu seçki öncəsi “böyük layihəsi”ni təqdim edib.
BUTA.TV xəbər verir ki, Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqda məlumatı və təqdim etdiyi xəritə məxsusən azərbaycanlıları şoka salıb. Belə ki, Kılıçdaroğlunun canlandırmağı hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan keçmir.
5,5 min km-lik quru yolu İrandan (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd), Qazaxıstanda Almatını keçərək, Çinə birləşir.
Beləliklə, Kılıçdaroğlu İpək Yolu layihəsindən Azərbaycanı çıxarırı və bunu açıqca elan da edir.
Bu halda Zəngəzur dəhlizindən ümumiyyətlə söz etməyə dəyməz. Çünki Zəngəzur dəhlizi bu layihənin bir hissəsi kimi nəzərdən keçirilir.
Politoloq Turab Rzayev isə bildirib ki, Kılıçdaroğlu seçilərsə, hətta Orta Dəhlizi, onun Azərbaycan ayağını və Bakı-Tiflis-Qars marşrutunu da unutmaq lazım gələcək.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür