Düşmən bütün Ukraynanı ələ keçirmək kimi strateji məqsədlərini dəyişməyib, ona görə də ukraynalılara düşmənin elan etdiyi planlarda dərin mənalar axtarmağa ehtiyac yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar "Vaqner"in rəhbəri Yevgeni Priqojinin son bəyanatlarını şərh edərkən deyib.
"Düşmən liderlərin planları haqqında video və bəyanatlarını necə qiymətləndirmək olar? Heç bir şəkildə", - o bildirib.
Malyar vurğulayıb ki, Rusiya hələ də Ukraynanın bütün ərazisini zəbt etmək arzusundadır:
"Onlar keçən il uğur qazana bilmədilər, ona görə də indi mərhələli şəkildə irəliləyirlər. Daha doğrusu, hərəkət etməyə çalışırlar, çünki hərbçilərimiz buna imkan vermirlər".
Onun sözlərinə görə, Rusiya tərəfinin açıq bəyanatlarından asılı olmayaraq, ukraynalılar həmişə Rusiyanın hərəkətlərinin məkrli ssenarilərinə hazır olmalıdırlar.
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür
- Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - Fotolar