Azərbaycan tarixində ilk dəfə Avropa Oyunlarında 10 atıcı ilə təmsil olunacaq. İyunda Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında atıcılarımızdan ümidlərimiz böyükdür.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.
İyulda idmançılarımızın bir neçə sınaq yarışlarında iştirak edəcəyini diqqətə çatdıran baş katib həmin ay gənclər arasında dünya çempionatının Koreya Respublikasında keçiriləcəyini və atıcılarımızın həmin yarışda gücünü sınayacağını deyib:
"Avqustda isə ölkəmiz atıcılıq üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yarışda "Paris-2024" Yay Olimpiya Oyunlarına 48 lisenziya oynanılacaq. Olimpiadaya ən çox lisenziya məhz Bakıdakı yarışda öz sahibini tapacaq".
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür