İranın Azərbaycanın 4 diplomatını “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etdiyinə dair məlumatlar yayılıb. Bu, Bakının analoji addımına cavab kimi görünür, lakin həm də Bakı-Tehran xəttində “müvəqqəti elan edilmiş atəşkəsin pozulması” kimi qiymətləndirilə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Azərbaycanın 4 diplomatının (onlardan ikisi – Tehran səfirliyinin əməkdaşları zatən ölkəmizdədir, digər iki diplomat isə Təbriz konsulluğunun əməkdaşıdır – red.) İrandan çıxarılması haqda yayılan informasiyalara münasibətində qeyd edib.
“Əliyevin Şuşada verdiyi açıqlamalar Tehranın Bakının tələblərini icra etmədiyini, bu baş vermədiyi müddətdə münasibətlərin düzəlməsinin də sual altında olduğu fikrini önə çıxardı. Bununla yanaşı, İranda “Hüseyniyyun” qruplaşmasının saxlanılan üzvlərinin azadlığa buraxılması və mollalarla poz verməsi də Tehranın yenidən hücuma keçməsi ehtimalını artırır”.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür