Doğma çay “Azerçay” “YayLand Fest” xeyriyyə yarmarkasında iştirak edir. “Nargis” fondunun təşkilatçılığı ilə həyata keçirilən layihədə ziyarətçilərin böyük marağını cəlb edən marka qonaqları dadlı çaya dəvət edərək, onlarda xoş yaz əhval-ruhiyyəs yaradıb.
Tədbirin sponsor olan “Azerçay” bu günlərdə yarmarka iştirakçılarını təmənnasız olaraq, isti çaya qonaq edir. Xeyriyyə yarmarkasına rəng qatan doğma çay yarmarka keçirildiyi müddət ərzində müxtəlif növ çeşidləri ilə yerli və xarici qonaqları sevindirəcək.
Qeyd edək ki, ölkəmizin ilk milli markası olan “Azerçay” dünyanın 40-dan artıq ölkəsinə ixrac edilir və “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ölkəmizi şərəflə təmsil edir. Doğma çay hər kəsi evlərində də bir armudu stəkan “Azerçay” süzməyə dəvət edir.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür