“Napoli” futbol klubu 33 il sonra İtaliya A seriyasının qalibi olub.
BUTA.TV xəbər verir ki, A seriyasının 33-cu turunda “Napoli” səfərdə “Udineze”nin qonağı olub. Matç 1:1 hesabı ilə sona çatıb.
“Napoli”nin heyətində Viktor Osimen, meydan sahiblərindən isə Sandi Lovriç fərqləniblər. Bu heç-heçə ilə xallarının sayını 80-ə çatdıran Maradonanın “həmşəhərliləri” ikinci pillədə qərarlaşan “Latsio”nu 16 xal qabaqlayır. Beləliklə də “Napoli” A seriyasının sonuna 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.
“Napoli” ümumilikdə üçüncü dəfə “Skudetto”nun sahibi olub. Bu, Dieqo Armando Maradona dövründən sonra “Napoli”nin ilk çempionluğudur.
Qeyd edək ki, indiyədək “Napoli” iki dəfə A seriya, altı dəfə İtaliya kuboku, iki dəfə İtaliya Superkuboku və bir dəfə UEFA kubokunu qazanıb.
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq
- Normadan artıq yağıntı: FHN zəruri tədbirlər görür