Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna və Şimali Avropa ölkələrinin sammitindən sonra Finlandiyanı naməlum istiqamətdə tərk edib.
BUTA.TV xəbər verir ki, bu barədə Finlandiya mətbuatı yazıb.
Məlumata görə, Zelenskinin korteji Prezident Sarayını tərk edib. Kortej paytaxt hava limanının şəxsi təyyarələri üçün olan terminala gəlib. Eyni zamanda, ABŞ-ın keçmiş prezidenti Donald Trampın səfəri zamanı olduğu kimi, yüksək səviyyəli qonaqların təhlükəsiz yola düşməsini təmin edən bir neçə helikopter bir anda hava limanı üzərində uçuşlar aparıb.
"Flightradar24" xidmətinin məlumatına görə, hava limanında naməlum istiqamətə uçan təyyarə peyda olub və sonradan həmin təyyarə xidmətin məlumatlarından itib. Bundan dərhal sonra polis şəxsi uçuşlar terminalının ərazisini tərk edib.
Qeyd edək ki, daha öncə Zelenskinin təhlükəsizlik səbəbindən Finlandiyada planlaşdırılandan daha çox qalacağı barədə məlumat yayılmışdı.
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq