Xəbər verdiyimiz kimi, bir həftədən artıqdır Azərbaycan ərazisində fəaliyyətə başlayan, amma hələ də Bakıya gəlib çıxa bilməyən rus sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov Xankəndidəki separatçıların lideri Araik Arutyunyanla ikinci (ümumilikdə separatçılarla 3-cü) görüşünü keçirib.
BUTA.TV xəbər verir ki, görüşdə “dövlət naziri” kimi özünü təqdim edən daha bir separatçı – Qurgen Nersisyan da iştirak edib.
Erməni mediası iki detala xüsusi diqqət çəkib:
1. Əgər birinci görüş Xankəndidə, Arutyunyanın ofisində keçirilmişdisə, bu görüş Xocalıda, sülhməramlı kontingentin qərargahında baş tutub. Belə məlum olur ki, Arutyunyan son ümid yeri kimi sülhməramlılara, konkret olaraq, Lentsova bir daha üz tutub və onun ayağına gedib. Görünür, Arutyunyan başqa heç bir çarənin olmadığını düşünür.
2. Lentsov əvvəlki görüşdən fərqli olaraq, heç bir vəd verməyib. O, hazırkı vəziyyətin onun üçün də arzulanmaz olduğunu deyib, ancaq suallara yalnız Bakıda görüşlər keçirdikdən sonra cavab verə biləcəyini bildirib.
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq