Türkiyənin “Beşiktaş” futbol klubu “Sabah”ın xeyriyyə matçı üçün sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.
BUTA.TV xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi feysbuk səhifəsi vasitəsilə etdiyi paylaşımda “Sabah”ın dəvətini qəbul etdikləri bildirilib. “Beşiktaş” “Sabah”ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:
“Salam can qardaş. Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”.
“Sabah” isə daha əvvəl türkcə bu sözləri paylaşmışdı: “Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”.
Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım məqsədilə “Sabah”la “Beşiktaş”ın Bakıda xeyriyyə matçı keçirməsi nəzərdə tutulub. Görüşün mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacağı planlaşdırılıb.
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video
- 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirildi
- Sabah da yağış yağacaq