Tanınmış veteran velosipedçi, qazaxıstanlı Olimpiya çempionu Aleksandr Vinokurov "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə gəlib. Azərbaycan Velosiped Federasiyasının (AVF) rəsmiləri və milli yığma komandamızın üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Olimpiya çempionunu qarşılayıblar.
Federasiyadan BUTA.TV-a bildiriblər ki, A.Vinokurov göstərilən diqqətə görə AVF rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanda keçiriləcək "Formula 1" yarışını böyük həyəcanla gözlədiyini qeyd edib:
"Ferrari" komandasının pilotu Şarl Leklerə azarkeşlik edirəm. Buraya onu dəstəkləmək üçün gəlmişəm. Mən Monakoda yaşayıram. Orada da "Formula 1" yarışı keçirilir. Bilirəm ki, şəhər traslarında "Formula 1" yarışını təşkil etmək çox çətindir. Azərbaycan isə bunun öhdəsindən peşəkarlıqla gəlir".
Qırx doqquz yaşlı qonaq ölkəmizdə olmaqdan böyük məmnunluq hissi keçirdiyini, Azərbaycanda qonaqpərvərliklə qarşılandığını vurğulayıb:
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
"Mən ilk dəfə deyil Azərbaycana gəlirəm. Bundan sonra da ölkənizə gələcəyəm. Burada AVF prezidenti ilə görüşmək və Azərbaycanda velosiped idmanının daha da inkişafı istiqamətində birgə əməkdaşlıq barədə müzakirələr aparmaq istəyirəm".
Olimpiya çempionu AFV rəsmiləri və idmançılarla səmimi söhbət edib, xatirə şəkli çəkdirib.
Qeyd edək ki, A.Vinokurov 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında şose velosipedinin qrup ötüşməsi növündə gümüş, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında isə həmin növdə qızıl medal qazanıb. O, bir çox mötəbər velosiped yarışlarının qalibi, iki dəfə dünya çempionatının bürünc mükafatının sahibi olub.
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü
- Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video