Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə birgə Bakının Qaradağ rayonunun “Lökbatan” dairəsində yol hərəkətinin tənzimlənməsi üçün tədbirlər görüb.
BUTA.TV xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, ərazidə sərnişin axını intensivdir. Buradan ölkənin müxtəlif şəhər və rayonlarına həm avtobuslar, həm də taksilərlə sərnişindaşıma həyata keçirilir. Sərnişinlərin avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanması, nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti isə günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdu. Ərazidə xaotik vəziyyətə son qoymaq məqsədilə əməli işlər görüb. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidləri yenidən təşkil olunub, yol cizgi xətləri çəkilib, yol nişanları və məhəccərlər qoyulub. “Lökbatan” dairəsində inşa edilən Bakı Cənub Avtostansiyası işlək vəziyyətə gətirilib. Hazırda avtobuslar avtostansiyaya cəlb edilir.
"Nəticə etibarilə qanunsuz sərnişin daşımalarının qarşısının alınması üçün vacib addımlar atılır, sərnişinlərin rahat, müvafiq tələblərə cavab verən avtostansiyadan yola salınması təmin edilir. Vətəndaşlardan bu məqsədlə ayrılmış qanuni yerlərdən istifadə etmələrini xahiş edirik", - məlumatda qeyd olunub.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü