Millət vəkili Qənirə Paşayeva İzmirin Tire rayonunda azərbaycanlılara məxsus Əhli-Beyt Dərnəyini ziyarət edib.
BUTA.TV xəbər verir ki, millət vəkili ziyarət zamanı ictimai fəallarla görüşüb, dərnək rəhbərliyi və fəallarını Ramazan bayramı münasibəti ilə təbrik edib, dərnəyin bütün üzvlərinə salamlarını yetirib.
“Siz İzmirin sosial-mədəni həyatında yaxından iştirak edir, eyni zamanda Türkiyəmizin qardaş ölkəsi Azərbaycanla, İzmirin qardaş şəhəri Bakı ilə nəfəs alırsınız. Mən sizə, İzmir azərbaycanlılarına, ümumən bütün fəal qurum və quruluşlara, izmirlilərə ürəkdən təşəkkürümü yetirirəm. Çünki siz I və II Qarabağ müharibəsinin bütün dönəmlərində, ən çətin məqamlarda, özəlliklə 44 günlük müharibədə Azərbaycanla nəfəs aldınız, ümumən öz mənəvi dəstəyinizi əsirgəməməsiniz”, - millət vəkili bildirib.
Millət vəkili onlarla geosiyasi vəziyyət və ictimai-siyasi proseslərlə bağlı müzakirələr aparıb.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video
- İki zəvvar təyyarəsi Həcc ziyarətinə yola düşdü