Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində fransız yazıçısı Antuan De Sent-Ekzüperinin dünyaca məhşur “Balaca şəhzadə” əsəri əsasında hazırlanan “O, mənimdir...” tamaşasının permyerası keçirilib.
Teatrın Mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, səhnələşdirilməsi və tərcüməsi mərhum sənətkar Vaqif İbrahimoğluna məxsus tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, geyim rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımov, rejissor köməkçiləri Cavid Baba, Tohid Əzimdir.
“Bir hissəli fantaziya” janrında hazırlanmış tamaşanda obrazları Cavid Baba, Məleykə Cəfərova, Tohid Əzim, Elçin Əmirov, Tunar Əlizadə və Elnur Tağıyev kimi gənc aktyorlar ifa edirlər.
Səhnə əsəri təyyarəçinin nasaz təyyarəni əlacsızlıqdan Saxara səhrasına endirməsi ilə başlayır. O, burada gözləmədiyi anda qəribə bir oğlanla - Balaca şahzadə ilə rastlaşır. Məlum olur ki, həmin oğlan bura başqa bir planetdən gəlib. Şahzadə dərdini azaltmaq, dost tapmaq və yeni şeylər öyrənmək üçün səyahət etmək qərarına gəlir. Yaşadığı planetdə isə onu gizli duyğularla sevən Qızılgül adlı biri olur. O, balaca şahzadəyə olan sevgisini ifadə etməkdə çətinlik çəkən və buna görə də onu özündən uzaqlaşdıran nazlı çiçəkdir. Qızılgül o zaman sevgisini dilə gətirir ki, şahzadə onun əlindən təngə gəlib səyahətə çıxmaq istəyir. O, səfər etdiyi hər planetdə müxtəlif varlıqlarla - Kral, Şöhrətpərəst, Əyyaş, Fənərçi, Tülkü və s. ilə qarşılaşır.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Xatırladaq ki, fransalı yazıçının əsas peşəsi təyyarəçilik olub. Müəllifin bu əsəri məhz şəxsi həyat yolu əsasında yaranıb.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video