Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 4 üzvünə sanksiya tətbiq edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, sanksiyalar siyahısının yenilənmiş variantı bu gün Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Sanksiyaya məruz qalanlar SEPAH-ın komandiri Məhəmməd Nəzər Əzimi (Kirmanşah əyalətində etirazları qəddarcasına yatırtdığına görə), SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki bölməsinin komandiri Həbib Şahsavari (Məhabadda və Piranşehrdə etiraz aksiyalarının yatırılmasına görə), SEPAH-ın Mərkəzi əyalətindəki komandiri Möhzən Kərimi (etirazların qəddarcasına yatırılmasına görə) və SEPAH-ın “Kərbəla” əməliyyat bazasının komandiri Əhməd Kademdir (Xuzistan əyalətinin İze şəhərində etirazları qəddarcasına yatırdığına görə).
Tətbiq olunan sanksiyalara Böyük Britaniyada aşkar ediləcəyi təqdirdə maliyyə aktivlərinin dondurulması, həmçinin Böyük Britaniyaya girişin qadağan edilməsi daxildir.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
“İran rejimi İran xalqının kobud şəkildə repressiya məruz qalmasına və bütün dünyaya qan tökülməsini “ixrac etdiyinə” görə məsuliyyət daşıyır. Məhz buna görə də biz İrana qarşı, o cümlədən bütünlükdə SEPAH-a qarşı 300-dən çox sanksiya tətbiq etmişik”, - Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video