Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 130 kq çəki dərəcəsində finalda Azərbaycan təmsilçisi Sabah Şəriəti ilə qarşılaşan və qalib gələn Türkiyə güləşçisi Rza Kayaalp Türkiyə bayrağı ilə birlikdə Azərbaycan bayrağı ilə də dövrə vurmaq istəyib.
BUTA.TV xəbər verir ki, hakimlər mövcud qaydaları əsas gətirərək Türkiyə təmsilçisinin istəyinə icazə verməyiblər.
Bununla belə, “Bir millət, iki dövlət” ideyasını özündə ehtiva edən bu qardaşlıq jestinə görə Rza Kayaalp azərbaycanlı idmansevərlərin sevgisini qazanıb.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video