Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Ramazan tətilində hamının gözlədiyi bu qadağa ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA

Ölkə
4 May 2021
11:55
Ramazan tətilində hamının gözlədiyi bu qadağa ləğv ediləcək?     - RƏSMİ AÇIQLAMA

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Buta.ws xəbər verir ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Belə olan təqdirdə rayonlara gediş-gəliş zamanı avtobuslarla bağlı qadağanın aradan götürülməsi geniş müzakirə olunan məsələlərdəndir. Bayram günlərində vətəndaşların kütləvi şəkildə rayonlara üz tutacağını nəzərə alaraq belə bir qərarın verilməsi böyük maraqla qarşılanır. 

Mövcud vəziyyəti dəyərləndirən yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov BAKU.WS-ə deyib ki, vətəndaşlar rayonlara üz tutarkən əsasən mikroavtobus və minik taksilərindən istifadə edirlər: "Yaxşı olardı ki, Ramazan tətilində kütləvi şəkildə rayonlara üz tutacaq vətəndaşlar üçün ciddi şərtlərlə daşımalara da icazə verilərdi.

Düzdür, bu işin bir tibbi tərəfi də var ki, buna da diqqət yetirilməlidir. Misal üçün şəhərdaxili ictimai nəqliyyatda həddən artıq sıxlıq var və heç bir məsafə gözlənilmir. Həkimlər bunu belə izah edir ki, şəhərdaxili daşımalarda səyahət müddəti az olur. Avtobuslardan istifadə zamanı 30 dəqiqə müddət keçirsə, rayonlara səfər zamanı bu, bir neçə saat təşkil edir".

Ekspert hesab edir ki, rayonlara avtobusla daşımalar zamanı məsafəyə əməl etmək olar: "Şəhərdaxili avtobuslarda çiyin-çiyinə, burun-buruna və kürək-kürəyə gedilirsə, rayonlara səfər zamanı belə hal olmur. Hər bir sərnişin öz oturacağında əyləşir, bundan əlavə avtobus bir müddətdən sonra saxlayır və salondakı havanı dəyişmək mümkün olur. Bunu qrafik şəklində də tənzimləmək olar və avtobuslar üçün qaydalar hazırlana bilər.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, rayonlara səfərləri təşkil edənlər arasında taksilər var ki, onlar gün ərzində bir neçə dəfə reys həyata keçirirlər. Onlar mənzil başına tez çatmaq üçün avtomobillərini sürətlə idarə edirlər. Elə sürücülər var ki, misal üçün gün ərzində Gəncəyə 4 dəfə reys edir. Bu, çox təhlükəli haldır. Nazirlər Kabinetinin də qərarı var ki, sutka ərzində 8 saatdan çox avtomobil sürmək çox təhlükəlidir. Hətta hər iki saatdan bir fasilə olmalıdır.

Ramazan tətilində mövcud vəziyyəti nəzərə alaraq rayonlara avtobusların sərnişin daşımasını müəyyən şərtlərlə bərpa etməsi çox yaxşı olardı". 

7 günlük tətil müddətində avtobuslarla bağlı qadağanın ləğv edilmə ehtimalının olub-olmamasını dəqiqləşdirmək məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) ilə əlaqə saxladıq. Qurumundan BAKU.WS-ə qeyd edildi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən ilin martda qəbul etdiyi qərar necədirsə, o cür də davam edir: "Rayonlara gediş-gəliş tətillərə, digər günlərə baxmır. Ötən il verilən qərarda hələlik heç bir dəyişiklik yoxdur". 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla