Erməni jurnalistləri törətdikləri təxribatlara görə qınayıram və deputatları tolerantlıq nümayiş etdirməyə çağırıram.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Teleradio komissiyasının rəhbəri Tiqran Akopyan deyib.
“Bəzi jurnalistlər təxribatçı davranışlarla məşğuldurlar. Eyni zamanda, bir neçə yayımçı da bəzi deputatların jurnalistə və ümumilikdə media resursuna qarşı ayrı-seçkilik, hörmətsizlik münasibəti ilə bağlı şikayətlərlə Komissiyaya müraciət edib. Ermənistanda audiovizual media sahəsinə gəlincə, bu sektoru tamamilə azad və müstəqil hesab etmək olmaz. Sferaya bir çox obyektiv və subyektiv amillər təsir edir ki, bu da müstəqillik səviyyəsinin zəifləməsinə, təbliğat komponentinin artmasına, məzmunun və məlumatlılığın keyfiyyətinin azalmasına gətirib çıxarır”, - o bildirib.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video