Amerika kəşfiyyatı Ukraynada münaqişənin inkişafı üçün gözlənilməz nəticələrlə bağlı dörd ssenari hazırlayıb, bunlara Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Vladimir Zelenskinin ölümü, Ukrayna ordusunun Kremlə hücumu və Ukrayna ordusu rəhbərliyinin istefaya göndərilməsi daxildir.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” Pentaqonun sızdırılmış məxfi sənədlərinə istinadən yazıb.
Ukraynanın Kremlə zərbə endirməsi ssenarisini nəzərə alan kəşfiyyat geniş spektrli potensial nəticələri proqnozlaşdırır.
Belə ki, Rusiya genişmiqyaslı hərbi səfərbərliyə başlaya, taktiki nüvə silahından istifadəni nəzərdən keçirə və ya ictimai əhval-ruhiyyə Moskvanı sülh danışıqlarına başlamağa inandıra bilər.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Eyni zamanda, təsvir edilən hər bir ssenari həm Rusiya ilə Ukrayna arasında münaqişənin kəskinləşməsinə, həm də onun danışıqlar yolu ilə dayandırılmasına gətirib çıxara bilər və ya ümumiyyətlə böhranın inkişafına ciddi təsir göstərə bilməz.
Sənəd fevralın 24-də münaqişənin başlamasından bir il sonra tərtib edilib və RELIDO kimi qeyd olunub, yəni onun məzmununu açıqlamaq qərarı yüksək vəzifəli məmurların ixtiyarındadır.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video